Vilhelm Marks | |
---|---|
alm. Wilhelm Marx | |
30 noyabr 1923 – 15 yanvar 1925 | |
Əvvəlki | Qustav Ştrezeman |
Sonrakı | Hans Lüter |
17 may 1926 – 12 iyun 1928 | |
Əvvəlki | Hans Lüter |
Sonrakı | Herman Müller |
10 Yanvar – 12 may 1926 | |
Əvvəlki | Hans Lüter |
Sonrakı | Johannes Bell |
18 fevral – 6 aprel 1925 | |
Əvvəlki | Otto Braun |
Sonrakı | Otto Braun |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 yanvar 1863[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 avqust 1946[1][2][…] (83 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hakim |
Uşağı | 4 |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Vilhelm Marks (alm. Wilhelm Marx;15 yanvar 1863[1][2][…], Köln, Reyn əyaləti[d] – 5 avqust 1946[1][2][…], Bonn, Köln[d][3]) — Alman hüquqşünas və siyasətçi (Alman Mərkəzi Partiyası). 1923-24 və 1926-1928-ci illərdə Veymar Respublikasının kansleri vəzifəsində çalışıb. 1925-ci ildə Vilhelm Marks Veymar Koalisiyasının (SPD, NDP və Alman Mərkəz Partiyası) Reyx prezidentliyinə namizəd kimi irəli sürülüb, lakin Pol fon Hindenburqa uduzub. Vilhelm Marks həmişə başqa siyasətçilərin: Qustav Strezemann və ya Fridrix Ebertin kölgəsində olub. Buna baxmayaraq, Veymar Respublikasının tarixində o, demokratik düşərgənin birliyi uğrunda mübarizə aparan mərkəzi siyasi xadimlərdən biri kimi qaldı.